Türkiyə Pekin Olimpiadasında ilk qızıl medalını qazanıb
20.08.2008 - 14:21
Bununla da, R. Şahin son bir il ərzində əldə etdiyi dünya və Avropa çempionluğuna Olimpiya «qızıl»ını da əlavə edib. Pekin Olimpiadasında 48 kq çəkidə bürünc medal qazanmış Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin həyat yoldaşı olan Andrey Stadnik gümüş medalla kifayətlənməli olub. Tamaşaçılar arasında yer alan M. Stadnikin qışqıraraq, verdiyi məsləhətlər də Andreyə kömək etməyib. Bürünc medallara isə Otar Tuşişvili (Gürcüstan) və Suşil Kumar (Hindistan) sahib çıxıblar.
Qeyd edək ki, R. Şahinin qızıl medal qazanmasından sonra Türkiyə 1 qızıl, 2 gümüş, 1 bürünc medalla 34-cü pilləyə yüksəlib.
Qeyd edək ki, R. Şahinin qızıl medal qazanmasından sonra Türkiyə 1 qızıl, 2 gümüş, 1 bürünc medalla 34-cü pilləyə yüksəlib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0