Qran-Pri turnirində sərxoş idmançı
10.09.2008 - 12:09
Bakı - APA-Sport. Rusiyalı atlet İvan Uxov İsveçrənin Lozanna şəhərində təşkil olunan Qran-Pri turnirinə sərxoş qatılıb. “APA-Sport”un məlumatına görə, 22 yaşlı idmançının hərəkətləri şübhəli göründüyündən onu dərhal yarışdan uzaqlaşdırıblar. Yaxın vaxtlarda Uxovun 1 illik diskvalifikasiya ediləcəyi gözlənilir.
Rusiya atletika yığmasının baş məşqçisi Valentin Maslakov yaşanan hadisə ilə bağlı bunları deyib: “Bu, utandırıcı haldır. Uxovun sərxoş ola-ola beynəlxalq turnirdə iştirakı Rusiya atletikasına ləkədir. Federasiyanın iclasında onun idmandan 1 il kənarlaşdırılmasını tələbə edəcəyəm”.
Uxovun şəxsi məşqçisi Pavel Voronkov isə idmançının hansı səbəbdən yarış zamanı alkoqollu içki qəbul etdiyinə aydınlıq gətirib: “Son vaxtlar İvanın şəxsi həyatında problem yaranıb. Əvvəlcə, qız dostu ilə münasibətləri pozuldu, ardından Pekin Olimpiadasına lisenziya qazana bilmədi. Qran-Prinin təşkilatçılarına təzminat ödədik. Fikrimcə, baş verən olay Uxova dərs olacaq”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0