Boksçumuz İspaniya vətəndaşı kimi irəliləyir
03.12.2008 - 16:45
Ümumdünya Boks Təşkilatı (WBO) peşəkarların yeni reytinq cədvəlini dərc edib. Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə WBO Latino versiyası üzrə “Qızıl kəmər”ini müdafiə edən Əli İsmayılov üç pillə irəliləyib.
Rusiyanın Sankt-Peterburq şəhərində argentinalı Rodolfo De Dominiçisi nokdauna salaraq, titulunu üçüncü dəfə qoruyan İsmayılov 11-ci sıraya yüksəlib. Birinci ağır çəki dərəcəsi (90,719 kq) üzrə açıqlanan siyahıya ümumilikdə 15 ən güclü dəri əlcək sahibinin adı salınıb.
Təəssüf doğuran məqam isə odur ki, 34 yaşlı boksçumuz Azərbaycan deyil, yenə İspaniya vətəndaşı kimi təqdim olunur.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0