“Beşiktaş” “Fənər”i məğlub etdi: İKİNCİLİYƏ YÜKSƏLDİ
05.09.2026 - 22:55
“Beşiktaş” “Fənər”i məğlub etdi: İKİNCİLİYƏ YÜKSƏLDİ

Türkiyə Super Liqasında IV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk hissədə açılıb. Milan Şkrinyar meydan sahiblərini önə keçirib. Çox keçmədən Rıdvan Yılmaz hesabı bərabərləşdirib.

İkinci hissə də eyni ssenari ilə keçib. 73-cü dəqiqədə Duşan Vlahoviç komandasına qələbə qazandıran qolu vurub - 2:1.

Qeyd edək ki, "Beşiktaş" 9 xalla turnir cədvəlinin 2-ci, "Fənərbaxça" isə 6 xalla 4-cü pilləsində qərarlaşıb.