Boksçularımızın dünya kubokunda rəqibləri müəyyənləşib
10.12.2008 - 12:41
Bu gün Rusiyanın paytaxtı Moskvada boks üzrə dünya kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışın mükafatları uğrunda Azərbaycan yığmasının 5 üzvü də mübarizə aparacaq.
Hər çəkidə 8 idmançı yer aldığından təmsilçilərimiz mübarizəyə 1/4 finaldan qoşulacaqlar. Püşkə əsasən, bu gün rinqə üç həmyerlimiz çıxacaq. Rəhim Nəcəfov (54 kq) Vyaçeslav Qoyanı (Moldova), Famil Süleymanov (60 kq) Həmzə Kramunu (Əlcəzair), Azər Məmmədov (+91 kq) Onoriade Ohuarimeni (Nigeriya) sınağa çəkəcək. Sabah isə Romal Amanovun (64 kq) kubalı Stolonqo İqlesiasla, Elçin Əlizadənin (91 kq) ukraynalı Aleksandr Usiklə döyüşü planlaşdırılıb.
Qeyd edək ki, “Meqasport” İdman Sarayında təşkil olunan dünya kubokunun qalibi olan boksçulara 10 min ABŞ dolları mükafat təqdim ediləcək. Gümüş mükafatçılar 5 min, üçüncü yeri tutanlar 2500 dollar qazanacaqlar.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0