Namiq Abdullayev Azərbaycan çempionatına qatılmaqdan imtina etdi
15.12.2008 - 12:09
Azərbaycanın sərbəst güləş yığmasının üzvü Namiq Abdullayev milli çempionata qatılmaqdan imtina edib. Bu haqda apasport.az saytına 36 yaşlı pəhləvan özü məlumat verib. O, dekabrın 20-21-də keçiriləcək ölkə çempionatından kənarda qalmasının səbəbini açıqlamayıb.
“Çempionatda güləşməyəcəyim dəqiqdir. Nəyə görə belə qərara gəldiyimi deyə bilmərəm. Buna baxmayaraq, yarışın gedişini izləyəcəyəm. Səbəblər haqda da elə orda danışaram” - deyə Abdullayev vurğulayıb.
2000-ci il Sidney Olimpiadasının qalibi peşəkar karyerasını hələ başa vurmadığını da söyləyib: “Milli çempionatda iştirak etməməyim o demək deyil ki, karyeramı bitirmişəm. Gələcək planlarla bağlı ətraflı söhbətləşərik”.
Qeyd edək ki, 55 kq çəki dərəcəsində yarışan Namiq bu ilin yanvarında keçirilmiş son ölkə birinciliyində bürünc medalla kifayətlənmişdi. İyunda isə əsas rəqibi Namiq Sevdimova uduzduğundan milli komandamızın məşqçiləri Abdullayevə Pekin Olimpiadasında güləşmək şansı verməmişdilər.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0