Olimpiya mükafatçısı sabah Azərbaycanın ən yaxşı güləşçisi elan olunacaq
16.12.2008 - 17:56
2008-ci ildə Azərbaycanın ən yaxşı güləşçisi Rövşən Bayramov olacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı rəsmi qərar sabah Azərbaycan Güləş Federasiyası rəhbərliyinin toplantısında çıxarılacaq.
Yunan-Roma güləşi yığmasının üzvü olan Rövşən bu il Yay Olimpiya Oyunlarının gümüş, Avropa çempionatının isə qızıl medalını qazanıb. Bundan başqa, o, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİDE) tərəfindən də 2008-ci ilin ən yaxşısı seçilib. Məhz bu göstəricilərə görə, Bayramov “Azərbaycanın ən yaxşı güləşçisi” müsabiqəsində komanda yoldaşı Vitali Rəhimovu qabaqlayıb. Rəhimov Pekin Olimpiadasında olduğu kimi, sözügedən müsabiqədə də 2-ci yeri tutacaq.
Çox güman ki, “Azərbaycanın ən yaxşı güləşçisi” müsabiqəsində 3-cü pilləyə Mariya Stadnik sahib çıxacaq. 21 yaşlı ukraynalı legioner Pekin Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. O, güləş tariximizə olimpiadada medal qazanan ilk qadın pəhləvan kimi düşüb.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0