Məmmədyarov heç-heçədən əl çəkmir ki, əl çəkmir
22.12.2008 - 22:15
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin VIII turunda növbəti heç-heçəsini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, həmvətənimiz Rusiya təmsilçisi Ernesto İnarkiyevlə xalları bölüb. Tərəflər 51-ci gedişdə “sülh” bağlayıblar.
Bu, Məmmədyarovun turnirdə ardıcıl 8-ci heç-heçəsi olub. Bütün görüşlərini bərabərliklə başa vuran Şəhriyar hazırda 4 xalla 5-8-ci yerləri bölüşdürür. Digər şahmatçılarımız Teymur Rəcəbovla Vüqar Həşimov öz aralarında heç-heçə oynayıblar. Buna görə də Həşimov 2-ci pilləyə enib (5 xal). Rəcəbov isə 4,5 xalla 3-4-cü sıralarda qərarlaşıb.
Sabah növbəti, sonuncu Azərbaycan derbisi gerçəkləşəcək. Belə ki, Vüqar Şəhriyarı sınağa çəkəcək. Teymur Rəcəbov qara fiqurlarla ukraynalı Pavel Elyanova qarşı mübarizə aparacaq. 14 şahmatçının bir dövrəli sistem üzrə yarışdığı Qran-Pri dekabrın 28-də yekunlaşacaq.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0