Vahid Nəzərov: Heç kimə güzəştə getməyəcəyəm
24.12.2008 - 12:51
2009-cu il yanvarın 9-da ağır atletika üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Bu haqda apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, yığmanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. O, altı gün davam edəcək yarışa milli komandanın bütün üzvlərinin qatılacağını söyləyib.
“Ölkə çempionatında yığmanın bütün atletləri iştirak edəcəklər. Heç kimə güzəşt olunmayacaq. Kimsəni qarşıdakı turnirdən azad etməmişik, kiməsə istirahət verməmişik. Çempionata qatılmayan idmançı milli komandanın heyətinə çağırılmayacaq” - deyə Nəzərov vurğulayıb.
Atletlərin yaxşı formada olduğunu söyləyən baş məşqçi onu da əlavə edib ki, yarış ya Aviasiya Akademiyasının idman zalında, ya da Maştağa Olimpiya Kompleksində keçiriləcək.
Qeyd edək ki, bəzi olimpiya növlərində, o cümlədən güləş, cüdo üzrə Azərbaycan çempionatında milli komandanın aparıcı üzvlərinə istirahət verilib. Bu, idmançıların Pekin Yay Olimpiya Oyunlarında iştirakı, eləcə də zədə amili ilə əlaqələndirilib. Ağırlıqqaldırma yığmasının heyətində olimpiadada mübarizə aparmış Nizami Paşayev, Turan Mirzəyev, Sərdar Həsənov, Əfqan Bayramov və İntiqam Zairov isə milli çempionatda qüvvələrini sınayacaqlar.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0