Teymur Rəcəbov erməniyə qarşı
27.12.2008 - 00:50
Bu gün Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Elista şəhərində keçirilən Qran-Pridə məsul oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, 21 yaşlı həmyerlimiz axırıncıdan əvvəlki turda ermənistanlı Vladimir Akopyanla qarşılaşacaq. Reytinqdə Akopyandan (2679) üstün olan Rəcəbov (2751) ağ fiqurlarla oynayacaq.
Qələbə şahmatçımız üçün ikiqat vacibdir. Əvvəla rəqib bədnam qonşularımızın nümayəndəsidir. Bundan başqa, Rəcəbov qazanacağı 1 xal sayəsində, turnirin qalibi olmaq şansını artıracaq.
Həmçinin, bu gün digər təmsilçilərimiz də Qran-Pridə növbəti görüşlərini keçirəcəklər. Vüqar Həşimov rusiyalı Ernesto İnarkiyevlə münasibətlərinə aydınlıq gətirəcək. Şəhriyar Məmmədyarovun rəqibi isə Yu Vanqdır (Çin).
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0