İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti seçildi
27.01.2009 - 13:50
Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) III hesabat-seçki konfransı keçirilib. MPK-nın mətbuat katibi İlham Təhməzovun apasport.az saytına verdiyi məlumata görə, növbəti 4 il üçün prezident, baş katib, vitse-prezident və İcraiyyə Komitəsinin üzvləri seçilib.
Gözlənildiyi kimi, 1997-ci ildən bəri komitənin prezidenti olan İlqar Rəhimov 2013-cü ilədək vəzifəsini davam etdirmək hüququna yiyələnib. Həmçinin, baş katib Afiq Süleymanov və vitse-prezident Ziyadxan Kərimov yenidən öz vəzifələrinə seçiliblər.
Konfransda MPK-nın İcraiyyə Komitəsinin 11 nəfərdən ibarət yeni heyəti də müəyyənləşib. Yeni heyət İlqar Rəhimov, Afiq Süleymanov, Ziyadxan Kərimov, Rauf Əliyev, Aydın Məmmədov, Mehdi Nağıyev, Yelena Taranova, Səmyar Abdullayev, Sadıq Sadıqov, Sərxan Əsədov və Mehti Əhmədovdan ibarət olub.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0