“Böyük Dəbilqə” turnirinə qatılacaq cüdoçuların adları açıqlandı
27.01.2009 - 22:13
Fransanın paytaxtı Parisdə təşkil olunacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinə Azərbaycanın 4 cüdoçusu yollanacaq. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, səfərə Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (73 kq), bürünc medalçı Mövlud Mirəliyev (100 kq), həmçinin Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) gedəcək.
Baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi kollektiv Fransaya fevralın 5-də yola düşəcək. Fevralın 7-8-də keçiriləcək “Böyük Dəbilqə” yarışında yığma üzvlərindən Elnur Məmmədlinin iştirak etməyəcəyi gözlənilir. O, komanda yoldaşları ilə birgə 9-13 fevral aralığında Parisdə baş tutacaq təlim-məşq toplanışına qatılacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0