İspaniyalı məşqçi Azərbaycan yığmasını çalışdırmaq üçün Bakıya dəvət olunub
12.02.2009 - 18:42
Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) rəhbərliyi ispaniyalı məşqçi Xose Barasanı ölkəmizə dəvət edib. Apasport.az saytının məlumatına görə, əcnəbi mütəxəssis fevralın 14-də Bakıya gələcək.
Onun səfərində əsas məqsəd federasiya rəhbərliyi ilə danışıqlar aparmaqdır. Əgər tərəflər ortaq məxrəcə gəlsələr, Barasa qadınlardan ibarət yığmamızın baş məşqçi təyin olunacaq. Hazırda qadın otüstü hokkeyçilərimizi pakistanlı Tahir Zaman çalışdırır. Barasa isə əvvəllər İspaniya milli komandasına başçılıq edib.
Qeyd edək ki, AzHF rəsmiləri ötən ilin payızında argentinalı Serxio Vixillə danışıqlar aparmışdılar. Lakin Vixil ailəsinə görə Azərbaycan yığmasında işləməyə razılıq verməmişdi.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0