Vahid Nəzərov: Ağır atletikanın vəziyyəti acınacaqlıdır
16.02.2009 - 15:00
“Gəncədə ağır atletikanın vəziyyəti acınacaqlıdır. Ora səfərimiz zamanı gördüklərimiz bizi dəhşətə gətirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti, yığmanın baş məşqçisi Vahid Nəzərov deyib.
AAAF, Gənclər və İdman Nazirliyi, eləcə də Təhsil Nazirliyi nümayəndələrinin bu günlərdə Gəncəyə səfərini xatırladan Nəzərov bildirib ki, adıçəkilən şəhərdə ixtisaslı müəllim və inventar çatışmazlığı var: “Təhsil Nazirliyinin balansında olan Uşaq-Gənclər İdman Məktəblərində ali savadları olmayanlar, ağır atletikadan başı çıxmayanlar müəllim kimi çalışırlar. Belə məktəblərdə ağırlıqqaldırma əvəzinə, qeyri-olimpiya növü sayılan pouerliftinqi təbliğ edirlər. Özü də pauerliftinq qrupları pullu fəaliyyət göstərir. Gəncədə ağır atletikaya aid heç bir yarış keçirilmir”.
Federasiyasının vitse-prezidenti ölkəmizin ikinci böyük şəhərində ağırlıqqaldırmanın iflic vəziyyətə düşməsinin günahkarlarına da toxunub: “Bunun baiskarları Gəncənin Uşaq-Gənclər İdman Məktəblərinə savadsız müəllimləri işə götürənlərdədir. “Təhsil” İdman Cəmiyyətində 9 ağırlıqqaldırma məşqçisi olduğu halda, orada ştat üzrə 25 müəllim var”.
Daşkəsənə, Yevlaxa, Samuxa da baş çəkdiklərini bildirən Nəzərov yaxın günlərdə Cənub bölgəsinə səfər edəcəklərini vurğulayıb. Bu səfərlər ölkəmizdə ağır atletikanın inkişafına dair xüsusi proqram çərçivəsində həyata keçirilir.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0