Azərbaycan yığması Ermənistanla eyni qrupda!
19.02.2009 - 18:48
Sabah Fransanın Klermon-Ferran şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkü atılıb. Apasport.az saytının lent.az-a istinadən məlumata görə, yarışda iştirak edəcək Azərbaycan milli komandası Rusiya, Ermənistan və Macarıstan yığmaları ilə birgə A qrupuna düşüb.
B qrupunda isə Fransa, Çin, Kuba və Qazaxıstan milliləri yer alıb. Püşkə əsasən, turnirin ilk günündə qrup mərhələsinin oyunları keçiriləcək. Azərbaycan təmsilçiləri əvvəlcə Rusiyadan olan rəqibləri ilə üz-üzə gələcəklər. Daha sonra yığmamız Ermənistan və Macarıstanı sınağa çəkəcək.
Ertəsi gün isə final görüşləri baş tutacaq. Qrup qalibləri öz aralarında keçiriləcək görüşdə Dünya Kubokunun sahibini müəyyənləşdirəcəklər. Qruplarda sonrakı pillələri tutanlar isə müvafiq olaraq, 3-cü, 5-ci və 7-ci yerlər uğrunda mübarizə aparacaqlar.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0