Dünyanın ən yaxşı boksçusu çempion titulundan imtina etdi - FOTO
25.02.2009 - 13:11
WBC versiyası üzrə dünyanın ən yaxşı boksçusu seçilən Menni Pakiao 61,2 kq çəkidə qazandığı çempion titulundan imtina edib. Apasport.az saytının məlumatına görə, filippinli idmançı bu addımının səbəbini açıqlamayıb. O, sözügedən titulu 2008-ci il iyunun 28-də amerikalı David Diasa qalib gəlməklə, qazanıb.
Pakiao indi karyerasını 63,5 kq çəki dərəcəsində davam etdirir. 30 yaşlı boksçu yeni çəkidə artıq bir qələbəyə nail olub. Ötən ilin dekabrında ABŞ təmsilçisi Oskar De La Hoyyanı məğlub etmiş filippinli növbəti döyüşünü martın 2-də Rikki Hattona (Böyük Britaniya) qarşı keçirəcək.
Qeyd edək ki, də Pakiao WBC versiyasında müxtəlif vaxtlarda 50,8, 55,3, 57,2 və 59 kq çəki dərəcələrində dünya çempionu tituluna sahib çıxıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0