Autsayder Rəcəbovu bir pillə aşağı saldı
06.03.2009 - 10:52
İspaniyada təşkil olunan şahmat üzrə “Linares” superturnirində XII turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov bu turda kubalı Lenyer Dominqeslə qüvvəsini sınayıb. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız autsayderin öhdəsindən gələ bilməyib. Tərəflər “sülh” bağlayıblar.
Yarışda 9-cu heç-heçəsini rəsmiləşdirən Teymur xalını 5,5-ə çatdırıb. Dominqeslə bərabərlik 6-cı sırada qərarlaşan Rəcəbovun bir pillə geriləməsi ilə nəticələnib. Həmyerlimiz yarışda son iki oyununu bu gün Maqnus Karlsenə, sabah isə Van Yueyə qarşı keçirəcək.
XII turun nəticələri:
Teymur Rəcəbov (Azərbaycan, 2761) - Lenyer Dominqes (Kuba, 2717) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2750) - Van Yue (Çin, 2739) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2791) - Vasili İvançuk (Ukrayna, 2779) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2776) - Aleksandr Qrişuk (Rusiya, 2733) - 1:0
Turnir cədvəli: 1.Qrişuk 7 xal; 2. İvançuk 6,5; 3. Karlsen 6,5; 4.Aronyan 6; 5.Anand 6; 6.Yue 5,5; 7.Rəcəbov 5,5; 8. Dominges 5

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0