Avropa çempionatının startında 4 qələbə
07.03.2009 - 00:01
Serbiyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Budva şəhərində təşkil olunan qitə birinciliyinin mükafatları uğrunda altısı həmyerlimiz olmaqla, 300-dən çox iti zəka sahibi mübarizə aparır.
İsveçrə sistemi ilə keçirilən çempionatın ilk turunda təmsilçilərimizdən dördü, Eltac Səfərli, Vüqar Rəsulov, Rauf Məmmədov və Vasif Durarbəyli qələbə qazanıb. Qədir Hüseynov yarışa yarım xalla başlayıbsa, digər həmvətənimiz Faiq Ələsgərov startda məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası yarışa 7 həmyerlimizin qatılacağını bildirirdi. Lakin son anda Nicat Abbasov turnirə qatılmayıb.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0