Şahmatçımız Avropa çempionatında 158-ci yerdədir
11.03.2009 - 00:00
Çernoqoriyada kişi şahmatçıların şəxsi Avropa çempionatında beşinci turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Budva şəhərində təşkil olunan qitə birinciliyində altısı həmyerlimiz olmaqla, 300-dən çox iti zəka sahibi mübarizə aparır.
Hesabat turunda Azərbaycan şahmatçılarından yalnız biri xalsız qalıb ki, Vasif Durarbəyli moldovalı Dmitri Svetuşkinə təslim olub. Qədir Hüseynov Vasili Yemelinlə (Rusiya), Rauf Məmmədov Peter Proxaşka (Polşa) ilə, Eltac Səfərli Laurent Fressynlə (Fransa), Faiq Ələsgərov Zoran Arsoviçlə (Serbiya) heç-heçə oynayıb. Günün yeganə qələbəsi serbiyalı Deyan Pikulanı mat qoyan Vüqar Rəsulovun hesabına yazılıb.
Hazırda Rəsulov 3,5 xalla 24-cü, eyni xala malik Məmmədov 35-ci, Hüseynov 38-ci, Səfərli 3 xalla 82-ci, Ələsgərov 2,5 xalla 138-ci, Durarbəyli 2 xalla 158-ci yerdədir.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0