Teymur Rəcəbov Levon Aronyanla bacarmadı
23.03.2009 - 14:01
Monakoda şahmat üzrə nüfuzlu “Amber” turniri davam edir. Apasport.az saytının məlumatına görə, burada “gözübağlı” və sürətli şahmat oynayan 12 zəka sahibi mübarizə aparır. Yarışda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbovun çıxışı hələlik uğursuz alınır.
22 yaşlı həmyerlimiz VIII turda “gözübağlı” Levon Aronyana (Ermənistan) uduzub. Onlar arasında sürətli şahmat görüşü isə heç-heçə nəticələnib. Hazırda Rəcəbov “gözübağlı” yarışda 3,5 xalla 7-ci, sürətli şahmatda 3 xalla 11-ci sıradadır. Ümumi hesabda 6,5 xala malik olan Teymur 10-cu pillədə qərarlaşıb.
Mükafat fondu 216 min avroya bərabər turnirin iştirakçıları bu gün istirahət edirlər. 24-26 mart aralığında son 3 turun görüşləri keçiriləcək.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0