Güləşçilərimizdən uğurlu start: 1 gündə 2 medal
16.04.2009 - 10:08
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından növbəti yarışın startı Azərbaycan yığması üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, turnirin birinci günündə yunan-Roma növündə 55, 66, 84 və 120 kq çəki dərəcələrindəki pəhləvanlar qüvvələrini sınayıblar. Startda döşək üzərinə çıxan 5 güləşçimizdən 2-si fəxri kürsüyə yüksəlib.
Belə ki, Emin Əhmədov (66 kq) yalnız final görüşündə uduzaraq, gümüş medala sahib çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Qadir Süleymanov isə 3-cü yeri tutub.
Bu gün yunan-Roma güləşçilərimizdən Sakit Cəlilov, Hacıxan Mustafayev (hər ikisi 60 kq), həmçinin sərbəst növdə Ceyhun Əliyev (55 kq) öz bacarığını nümayiş etdirəcək. Yarış aprelin 18-də başa çatacaq.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0