Karateçilərimiz dünya çempionatından 4 medal gətirdilər
16.04.2009 - 14:45
Danimarkanın Vibork şəhərində aşihara karate idman növü üzrə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yarışda 5 karateçi ilə təmsil olunan Azərbaycan yığması yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb.
Həmvətənlərimizdən ən yaxşı nəticəni Səfər Cabbarov (60 kq) göstərib. O, bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. Eyni zamanda, Cabbarov “Ən texniki döyüşçü” nominasiyasının da qalibi olub.
Bundan başqa, Namiq Məmmədzadə (75 kq) ikinci, Ramin Əvəzzadə (65 kq) ilə Pənah Qurbanov (70 kq) isə üçüncü yeri tutub.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0