Azərbaycan yığması Rusiya və Özbəkistanı qabaqladı
06.05.2009 - 18:43
Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan boksçularından Salman Əlizadə (46 kq), Salman İbrahimov (48 kq), Novruzəli Əliyev (67 kq), Teymur Məmmədov (80 kq) və Hacıbaba Hacıbalayev (86 kq) qızıl medallara layiq görülüblər. Digər çəki dərəcələrində Burqut Haciboyev (50 kq, Özbəkistan), Rəmzi Uyar (52 kq, Türkiyə), İqor Xaritonov (54 kq, Rusiya), Maksim Şmiqlev (60 kq, Rusiya), Dmitri Rubtsov (63 kq, Rusiya), Maykl Rekli (66 kq, İrlandiya), Uorl Jozef (70 kq, İrlandiya), Pavel Makarov (75 kq, Rusiya) qalib gəlib.
Ümumi hesabda idmançılarımız 5 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar. Beləliklə, cəmi 22 medala sahib çıxan Azərbaycan yığma komandası turnirin qalibi olub. Rusiya ikinci, Özbəkistan yığması isə üçüncü yeri tutub.
Xatırladaq ki, keçənilki turnirdə Azərbaycan boksçuları 6 qızıl, 3 gümüş və 12 bürünc medal qazanmışdılar.
Mənbə: AzərTac

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0