“Döyüşə həm Azərbaycan, həm də Rusiya bayrağı ilə çıxacağam”
07.05.2009 - 13:06
Mayın 16-da Buenos-Ayresdə WBO kəmərini qorumaq üçün argentinalı Viktor Ramireslə görüşəcək azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun müsahibəsi
- Qarşıdakı döyüşə hazırlıq necə gedir?
- Hazırlıq adəti üzrə iki mərhələyə bölünmüşdü. Birincisi Bakıda xüsusi fiziki hazırlıqdan ibarət idi. İkinci mərhələ zamanı isə məşqçimlə birgə Sankt-Peterburqa gəldik və burada sırf boks hazırlığı ilə məşğul olduq.
- Gələcək rəqibinizə oxşar boksçu tapmaq nə dərəcədə çətin idi?
- Bizim boksçuları latın amerikalılara oxşatmaq demək olar, mümkün deyil. Elələrini tapdıq ki, onlar boyuna və digər fiziki göstəricilərinə görə uyğun gəlirdi. Məşqçinin tapşırığı ilə işləyir, müəyyən texniki-taktiki hərəkətlər yerinə yetirilirdi. Məşq düşərgəmizdə olan bütün boksçular sağ əllə döyüşürlər. Onlar Ramires boydadırlar, döyüş üslubları da təxminən onun kimidir.
- Ramiresin döyüşlərinin videoyazıları kifayət qədər idimi?
- Tapdıqlarımızın hamısını təhlil etməyə çalışdıq. Xüsusilə onun son döyüşünü. Həmin görüşdə o, rusiyalı Aleksandr Alekseyev üzərində qələbə qazanıb. Ramiresi iki aydan artıq öyrəndik, onun müsbət və mənfi cəhətlərinə baxdıq. Görülən işləri qənaətbəxş saymaq olar.
- Adətən döyüşə hazırlıq nə qədər davam edir? Konkret bu görüşdən nəsə fərqli bir şey oldu?
- Mən adətən döyüşə iki ay hazırlaşıram. Bu, standart məşq dövrüdür. Ancaq Ramireslə döyüşə hazırlıq çox alındı. Təxminən 3 ay. Əlbəttə, döyüşün vaxtının bir neçə dəfə təxirə salınması planlarımızı bir az pozdu. Öncə görüşün apreldə olacağı bildirilirdi, sonra isə mayın əvvəlinə keçirildi. İndi də mayın 16-a təyin ediblər. Bizə deyiləndə ki, döyüş mayın 9-da olacaq, buna sevindik. Dünya çempionu titulu uğrunda belə bir gündə, Rusiya və digər çoxsaylı ölkələr üçün əhəmiyyətli olan Qələbə günündə döyüşmək möhtəşəm olay olardı. Ancaq görünür, argentinalı rəqiblərimizin ürəklərinə pis şeylər gətirdilər və buna görə də onlar döyüşü daha bir həftə təxirə saldılar. Necə olursa-olsun, bu, bizə məsul görüşə daha bir həftə artıq hazırlaşmağa imkan yaradır.
- Rəqibin güclü və zəif tərəfləri hansılardır?
- Aydın məsələdir ki, Ramires gəncliyi və enerjisinə görə necə deyərlər, özünü göstərməyə çalışacaq. Zarafat deyil, aramızda 10 yaş fərq var. Onun 24, mənim isə 34 yaşım var. Ancaq ümid edirəm ki, onun üçün daş qayaya rast gələcək. Mənim həm həvəskar, həm də peşəkar boksda təcrübəm öz rolunu göstərməlidir. Bu ehtiyatdan, üstəlik konkret bu döyüşə texniki-taktiki hazırlıqdan istifadə edəcəyik. Ramiresin bütün görünüşü çoxdandır beynimdədir, bu plana riayət edəcəyik.
- Oyunun uzaqda Argentinada keçirilməsi, saat qurşaqlarının fərqi öz təsirini göstərə bilər?
- Həvəskar boksla məşğul olduğum zaman 40-dan çox ölkədə olmuşam. Amma Cənubi Amerikada ilk dəfə olacağam. Yaxşı ki, orada yay başa çatıb. Bizdə yaz, orada isə payızın əvvəlidir. Argentinanın iqlimi haradasa doğma Azərbaycanımın iqliminə oxşayır. Saat qurşaqlarında fərqə və uzun müddətli uçuşa gəlincə, biz bunu əvvəldən, hər günə, saata kimi hesablamışıq və planlaşdırmışıq.
- Öz döyüşçüsünə azarkeşlik edən publika önündə döyüşməyə psixoloji cəhətdən hazırsınızmı?
- Onlar üçün hər şey elə də asan olmayacaq. Biz döyüşə hazırlıq məqsədilə Sankt-Peterburqa gələndə məlum oldu ki, oradakı yerli Azərbaycan diasporu Argentinada olan dostları və qohumları ilə zəngləşib. Buna görə də bizi orada hava limanında soydaşlarımız qarşılayacaqlar. Buenos-Ayresdəki görüşdə isə həm Rusiya, həm də Azərbaycan tərəfdən dəstək alacağam. Fikrimcə, bunların sayı bir neçə yüz nəfər olacaq.
- Daha nə demək istərdiniz? Tamaşaçılar döyüşdən nə gözləsinlər?
- Biz özümüzlə hər iki bayrağı ora aparacağıq. Həm Azərbaycanın, həm də Rusiyanın. Rinqə hər iki bayraqla çıxacağıq. Axı mən peşəkar rinqdə iki ölkəni təmsil edirəm. Həm Rusiyada, həm Argentinada, həm də doğma Bakıda olan insanlarımızdan dəstək gözləyirik. Ümid edirəm ki, döyüşü bizim televiziya göstərəcək. Məndə olan məlumata görə, bunu Rusiyanın REN TV telekanalı göstərməyə hazırlaşır. Yəqin ki, canlı yayım olmayacaq. Sadəcə, belə vəziyyətdə mənə inanan insanları pis vəziyyətdə qoya bilmərəm. Mən qələbə qazanmaq üçün əlimdən gələn və gəlməyən hər şeyi edəcəyəm.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0