Aleksey Şirov Kirovabaddan danışdı
07.05.2009 - 20:33
"İlk turda rəqibim oyuna yaxşı hazırlaşmışdı. Vəziyyəti dəyişməyə çalışsam da, bunu bacarmadım və yekunda xalsız qaldım". Apasport.az saytının məlumatına görə, bu sözləri ispaniyalı şahmatçı Aleksey Şirov deyib.
"Prezident kuboku" çərçivəsində dünya yığmasının heyətində Azərbaycan komandasına qarşı oynayan Şirov birinci turda Şəhriyar Məmmədyarova uduzub, Qədir Hüseynova isə qalib gəlib. O, Hüseynov üzərində qazanılan qələbə haqda bunları bildirib: "6-7-ci gedişdən sonra mənə məlum olmayan vəziyyətlə üzləşdim. Hər halda, partiyanın gedişində bundan çıxış yolu tapa bildim".
Aleksey ötən əsrin 80-ci illərində Bakıya səfərlərini xatırlayıb: "İndiyədək Azərbaycanda 2 dəfə olmuşdum. 1982-ci ildə, yeniyetmə yaşlarımda Şəkidə, bundan 2 il sonra isə Kirovabadda, indiki Gəncədə oynamışam. "Prezident kuboku"nda dünya yığmasının heyətində yer almağım isə məntiqəuyğundur".

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0