“Zəfər turniri”: ilk gündə 2 qızıl, 3 bürünc qazandıq - FOTO
30.05.2009 - 09:44
Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında yunan-roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq “Zəfər turniri”nə start verilib. Apasport.az saytının məlumatına görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü Azərbaycan pəhləvanları 5 medal qazanıblar ki, bunlardan da 2-si qızıl, 3-ü bürüncdür.
Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında çıxış edən sərbəst güləşçilərimizdən 54 kq-da Toğrul Əsgərov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin çempionu olub. Finalda o Gürcüstan təmsilçisi Zurab Yakovaşvilini məğlubiyyətə uğradıb. 42 kq-da çıxış edən Mircəlal Həsənzadə isə bürünc medala layiq görülüb.
Yunan-roma güləşçilərimiz də yarışa uğurla başlayıblar. Böyük məşqçi Bəhram Mürvətovun 3 yetirməsi mükafatçılar sırasına düşüb. 69 kq-da Toğrul Yunuslu ardıcıl qələbələr sayəsində finala çıxıb və həlledici görüşdə gürcüstanlı Laşa Dobadze üzərində qələbə qazanaraq çempion olub. 42 kq-da İlqar Cəfərzadə və 54 kq-da Tahir Niftəliyev turniri bürünc medalla başa vurublar.
Bu gün və sabah digər çəki dərəcələrində yarışan idmançılarımız döşək üzərinə çıxacaqlar.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0