Azad Rəhimov “Son zəng”də - FOTO
30.05.2009 - 12:18
“Bu gün idman ictimaiyyətimiz Respublika Olimpiya İdman Liseyində ənənəvi “Son zəng”də iştirak edir. Bu, gözəl bir haldır və idmanın təbliğidir. İkinci əhəmiyyətli hal odur ki, bu gün yeni futbol meydançası istifadəyə verilib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyində futbol meydançasının açılış mərasimində deyib.
Rəhimov son iki ildə bu liseydə əsaslı təmir işlərinin aparıldığını bildirib: “Bu müddətdə yeni güləş zalı tikilib, tədris korpusu, yataqxana, gimnastika zalı təmir olunub. Artıq lisey tam şəkildə öz fəaliyyətini davam edə, ənənəvi olaraq, ən güclü idmançıları yetişdirə bilər”.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0