Elnur Məmmədli cərrah stoluna uzana bilər
18.06.2009 - 12:00
Pekin Yay Olimpiya Oyunlarının qalibi, cüdoçu Elnur Məmmədli Almaniyanın Nürnberq şəhərinə tibbi müayinədən keçməyə yollanır. Bu haqda apasport.az saytına Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, müayinədən sonra 21 yaşlı cüdoçunun cərrahiyyə əməliyyatı edilib-edilməməsi müəyyənləşəcək.
Elnur diz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Pekində köhnə zədəsini təzələyən olimpiya çempionu bu vaxta qədər müalicə alsa da, tam sağalmayıb. İndi isə onun cərrah stoluna uzanmaq ehtimalı yaranıb.
Bu səbəbdən Məmmədli avqustda Hollandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Xatırladaq ki, Elnur 2007-ci ildə də Nürnberqdə dizindən əməliyyat keçirib. Buna baxmayaraq, tezliklə sağalan cüdoçu 1 il sonra olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0