İki güləşçimiz Avropa çempionu oldu
27.07.2009 - 17:32
Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 2 gündə yunan-roma güləşçiləri öz aralarında ən güclüləri müəyyənləşdiriblər.
Bəhram Mürvətovun başçılıq etdiyi komandamızın 2 üzvü fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 42 kq çəki dərəcəsində Elman Muxtarov keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa vurub və Avropa çempionu olub.
50 kq çəkidə yarışan Eldəniz Əzizli də uğurla çıxış edib. Ardıcıl 5 qarşılaşmada qalib gələn Elədniz də qızıl medala layiq görülüb. Onun xüsusilə yarımfinalda Ermənistan təmsilçisi üzərindəki qələbəsi yaddaqalan olub.
Beləliklə, Azərbaycan yunan-roma növündə Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komanda hesabında ölkəmiz 31 yığma arasında 4-cü olub.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0