“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya çempionatında avqust ayının ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə kolumbiyalı hücumçunun hazırda çıxış etdiyi “Seltik” klubunun rəsmi saytı məlumat yayıb.
Duran avqust ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 7 matçda 6 qol vurub.
Kolumbiyalı futbolçu “Dandi Yunayted”lə oyunda (4:0), “Kilmarnok”la qarşılaşmada (5:1) və “Falkirk”lə matçda (2:1) göstərdiyi çıxışla yadda qalıb. Duran “Falkirk” üzərində qazanılan qələbədə iki qol vurub.
Qeyd edək ki, Kamilo Duran bu yay 5,5 milyon avro qarşılığında “Qarabağ”dan “Seltik”ə transfer olunub.
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi