Əslən azərbaycanlı idman həkimi UEFA-da vəzifə aldı
03.08.2009 - 11:17
Əslən azərbaycanlı idman həkimi, məşhur ortoped Mehmet Binnət yeni vəzifəyə təyin olunub. Apasport.az saytının məlumatına görə, o, qarşıdakı 2 ildə Türkiyə Futbol Federasiyasını (TFF) UEFA-da təmsil edəcək. Eyni zamanda, həmvətənimiz FİFA-dakı işini də yerinə yetirəcək.
Bu yaxınlarda isə Mehmet Binnət TFF-nn Tibb Komitəsinin fəxri prezidenti seçilib. Tanınmış həkim 17 il sözügedən komitəyə başçılıq edib. Onu bu postda gənc həmkarı əvəzləyib. Baş vermiş dəyişikliyə münasibətini bildirən Binnət bu haqda belə deyib: “1992-ci ildən bəri bu komitədə müəyyən işlər görmüşəm. Hətta UEFA son konfransını İstanbulda keçirdi. Mən də iclasa hər ölkədən yalnız 2 nəfəri dəvət etdiyim halda, Azərbaycana say məhdudiyyəti qoymadım. Buna görə də çoxsaylı həmvətənlərim bu konfransda iştirak etdilər. Bir faktı da qeyd edim ki, UEFA-da da mənim əslən azərbaycanlı olduğumu bilirlər. Buna görə də bir neçə dəfə məni Bakıya ezamiyyətə göndəriblər. Yerimə gənc həkimin təyin edilməsinə gəlincə, əgər bu gün idman həkimliyi sahəsində irəliləyiş varsa, təbii ki, buna ancaq sevinmək lazımdır. Bundan başqa, 1989-cu ildən TFF-də həkim kimi fəaliyyət göstərirəm. İndi TFF-nin Tibb Komitəsinə əvvəllər köməkçim olmuş mütəxəssis təyin edilib. Bunu normal qarşılayıram. Çünki gənclərə irəli getmələri üçün şərait yaratmalıyıq”.
Xatırladaq ki, Binnət tez-tez ölkəmizə baş çəkir. O, indiyədək müxtəlif növlü yığmalarımızın üzvlərini cərrahiyyə əməliyyatı edib.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0