Dünya çempionatında daha bir gümüş medal
08.08.2009 - 10:46
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yeniyetmə cüdoçuların dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə qatılan Azərbaycan milli komandası artıq iki medal qazanıb.
Ceyhun Qatayevin (55 kq) ardından Cəlil Cəlilov (66 kq) da yalnız finalda uduzaraq, gümüş medala layiq görülüb. 50 kq çəki dərəcəsində mübarizə aparan Kamran Bağırov (50 kq) mükafatçılar sırasında düşməyə yaxın olsa da, 5-ci yerlə kifayətlənib. Mahir Cəfərli (60 kq) isə uğursuzluğa düçar olub.
Xanım cüdoçularımıza gəlincə, onlar etimadı doğrultmayıblar. Həm Aişə Qurbanlı (48 kq), həm də Şəfəq Muradzadə (52 kq) mübarizəni erkən dayandırıblar.
Yığmamızın 3 üzvü hələlik tatami üzərinə çıxmayıb. Bunlar Ruslan Fərruxzadə (73 kq), Andrey Fətiyev (90 kq) və Xanım Hüseynovadır (63 kq). Dünya birinciliyinə sabah yekun vurulacaq.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0