Qonşu ölkədə kubok və pul mükafatı qazandıq
14.08.2009 - 14:07
Azərbaycanın stolüstü tennis üzrə milli komandası Rusiyanın Mahaçqala şəhərində təşkil olunmuş Xəzəryanı dövlətlərin I Açıq Kuboku uğrunda yarışda qüvvəsini sınayıb. Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 8 idmançı (4 kişi, 4 qadın) ilə təmsil olunan yığmamız Rusiya, Qazaxıstan, Dağıstan, Kalmıkiya, Rostov və Volqoqrad vilayətlərinin komandaları ilə qarşılaşıb.
Kişilərin mübarizəsində yığmamız Rusiyaya məğlub olaraq, ikinci yeri tutub. Qadın idmançılarımız isə bürünc medalla kifayətləniblər. Hər iki komandamız kubok və pul mükafatı ilə təltif olunub.
Tennisçilərimiz şəxsi yarışlarda zəif nəticə göstəriblər.
Qeyd edək ki, yarışa 12 kişi və 12 qadın komandasının tərkibində ümumilikdə 50-dən artıq idmançı qatılıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0