Vahid Nəzərov əsri yarıladı
17.08.2009 - 13:45
Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi Vahid Nəzərovun bu gün 50 yaşı tamam olur. Apasport.az saytının məlumatına görə, 1978-ci ildə SSRİ idman ustası olan Nəzərov Azərbaycanda ən gənc əməkdar məşqçi adına layiq görülüb.
O, dəfələrlə Azərbaycan çempionu tituluna sahib çıxıb. 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb. Gənc yaşlarından məşqçilik fəaliyyətinə başlayan Nəzərov 17 il milli komandamızda baş məşqçi işləyib. Onun rəhbərliyi altında yığmamız 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə prezidentinin 25 dekabr 2006-cı il dekabr sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Nəzərov 1992-ci ildən bəri Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti postunda çalışır. O, ötən ay əsas milli komandanın baş məşqçi postundan kənarlaşdırılıb. Onun yerinə bolqarıstanlı Yanko Rusev gətirilib. Nəzərova isə gənclərdən ibarət yığmanın baş məşqçi vəzifəsi tapşırılıb.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0