Pəhləvanlar milli qəhrəmanı yad edəcəklər
06.10.2009 - 11:17
Oktyabrın 10-da Milli Qəhrəman, SSRİ idman ustası, əməkdar məşqçi Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında respublika turniri keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Yarışın keçirilməsində əsas məqsəd Əliyar Əliyevin xatirəsini yad etmək, gəncləri vətənpərvər ruhda tərbiyə etmək, sərbəst, eləcə də yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaqdır. FILA-nın mövcud qaydalarına əsasən, 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq-dək çəki dərəcələrində (hər çəki dərəcəsində 1 idmançı) keçiriləcək turnirdə AGF-nin nümayəndəlikləri və ayrı-ayrı idman cəmiyyətlərindən 1990-1992-ci il təvəllüdlü idmançılar iştirak edəcək.
“Abu Arena” İdman Kompleksində baş tutacaq yarış oktyabrın 11-də yekunlaşacaq.

- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
0
0