Millimizin üzvü oynadı, komandası qalib gəldi
03.09.2026 - 23:10
Millimizin üzvü oynadı, komandası qalib gəldi

Futbol üzrə Türkiyə I Liqasında V turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor" doğma meydanda “İstanbulspor”u qəbul edib.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlimiz oyuna ehtiyat skamyasından başlayıb. O, 70-ci dəqiqədə Barış Gökyü əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, "Bursaspor" 5 turdan sonra 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.