Topalov - Rəcəbov: 95-də tamam
09.10.2009 - 19:24
Çinin Nantzin şəhərində təşkil olunan şahmat üzrə “Böyük dəbilqə” turnirinin birinci mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 6 şahmatçının mübarizəsində Azərbaycanı yığmamızın lideri Teymur Rəcəbov təmsil edib. O, sonuncu, X turda bolqarıstanlı Veselin Topalovla görüşüb. 95 gediş davam edən partiya “sülh”lə nəticələnib.
Bununla da, Rəcəbov turniri qələbəsiz başa vurub. İki dəfə məğlubiyyətlə üzləşən Teymur qalan 8 görüşdəki heç-heçə sayəsində 4 xal toplayıb. Həmyerlimiz yekunda Dmitri Yakovenko (Rusiya) və Peter Leko (Macarıstan) ilə birgə 4-6-cı yerləri bölüşdürüb. Yarışın qalibi isə norveçli Maqnus Karlsen olub (8 xal).

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0