Bəxt taekvondoçumuzdan üz döndərdi
16.10.2009 - 11:57
Azərbaycanın daha bir taekvondoçusu Danimarkanın paytaxtı Kopenhagendə keçirilən dünya çempionatında medal qazanmağa yaxın olub. Apasport.az saytının məlumatına görə, qadınların mübarizəsində ölkəmizin şərəfini qoruyan Seunqmi Li (57 kq) uğurlu start götürüb. Öncə çilili Mariya Yaranı 12:8, liberiyalı Andrea Paolini 6:4 hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda Mali taekvondoçusu Oumoure Traoreyə qalib gəlib - 11:2. Lakin 1/4 finalda bəxt Lidən üz döndərib. O, Veronika Kalabraseyə (İtaliya) cəmi 1 xal fərqi ilə uduzaraq (1:2), yarışla erkən vidalaşıb. Əgər taekvondoçumuz yarımfinala adlasaydı, avtomatik olaraq, ən azı bürünc medala sahib çıxacaqdı.
Digər idmançılarımız - Avropa çempionu Elnur Amanov (58 kq) və Aygül Abdullayeva (49 kq) birinci mərhələdə məğlub olublar. Bu gün milli komandamızın üzvlərindən Fariz Əliyev (63 kq), İlkin Şahbazov (68 kq) və Arzu Bağırova (53 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionatında yığmamızın hesabında artıq bir medal var. Yarışın ilk günündə Rəşad Əhmədov (80 kq) bürünc medal qazanıb.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0