FİDE qərar verdi: Levon Aronyan Bakıya gələ bilməz!
20.10.2009 - 15:06
Azərbaycanla Ermənistan arasında növbəti qalmaqal şahmatda olub. Apasport.az saytının məlumatına görə, “Şahmat tacı” uğrunda görüşlərinin gələn ilin sonunda Bakıda keçirilməsinin nəzərdə tutulması ermənilərdə narahatçılıq yaradıb. Belə ki, həmin turnirdə iştirak hüququ qazanan Ermənistan qrossmeysteri Levon Aronyanın paytaxtımıza gəlməkdən imtina etməsi haqda məlumatlar yayılıb. Qarşı tərəf isə buna “Aronyanın Bakıya səfəri əvvəlcədən gündəmdə deyildi” cavabı gəlib.
Qalmaqalın böyüməsi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) məsələyə müdaxilə etməsinə səbəb olub. Vəziyyətə aydınlıq gətirən ali şahmat qurumu bəyan edib ki, “Şahmat tacı”na iddialı 8 idmançının iştirakı ilə həmin turnir gələn il keçiriləcək və şahmatçıların yarısı Bakıda, qalan 4-ü isə hələ müəyyənləşməyən şəhərdə mübarizə aparacaq. Finala Azərbaycan və Ermənistanın nümayəndələri çıxarsa, bu görüş neytral ölkədə olacaq. Əgər həlledici görüşə bizim şahmatçımız və Aronyan istisna olmaqla, istənilən digər şahmatçı çıxarsa, bu, Bakıda keçiriləcək. Əks təqdirdə, yəni Aronyanla Azərbaycandan başqa digər istənilən şahmatçı finalda üz-üzə gələrsə, həmin vaxt da bu qarşılaşma neytral ölkədə olacaq.
Qeyd edək ki, Aronyan FİDE-nin reytinqində 3-cü, aparıcı beynəlxalq qrossmeysterlərimiz Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov isə müvafiq olaraq 4, 14 və 21-cidir.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0