Avropa çempionumuz İtaliya seriyasında
07.11.2009 - 11:46
Bu gün İtaliyanın A1 və A2 seriyalarında bədii gimnastika üzrə klub çempionatının ikinci mərhələsi olacaq. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın ən yaxşı gimnastları Anna Qurbanova və Aliyə Qarayeva da iştirak edəcəklər. Anna Qurbanova A1 seriyasının əsas turnirində təmsil olunan “Komanse 1872” komandasının, Avropa çempionumuz Aliyə Qarayeva isə A2 turnirində mübarizə aparan “Ardor”un heyətində yer alıb.
Qeyd edək ki, birinci mərhələdə idmançılarımız iplə çıxış etmişdilər. Anna 26,075 bal toplamışdı. Bu, rəqib komanda “Petrassa 1877”nin tərkibində qüvvəsini sınayan rusiyalı olimpiya çempionu Yevgeniya Kanayevadan sonra ikinci nəticə idi. Aliyə 25,450 balla 3-cü yerdədir. Turnir cədvəlinə gəlincə, “Komanse 1872” hələlik 8-ci, “Ardor” isə 7-ci pillədədir. Çempionat 3 ilkin mərhələ və finaldan ibarətdir.
Mənbə: AzərTAc

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0