Teymur Rəcəbov və Vüqar Həşimov üçün misirli rəqiblər
21.11.2009 - 15:04
Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku start götürür. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 5 idmançı qoruyacaq. Bunlar ötən ay Serbiyada komandalararası Avropa çempionatında qızıl medal qazanmış şahmatçılarımız - Teymur Rəcəbov (2748, 22 yaş), Vüqar Həşimov (2758, 23 yaş), Şəhriyar Məmmədyarov (2719, 24 yaş), Rauf Məmmədov (2634, 21 yaş) və Qədir Hüseynovdur (2625, 23 yaş).
Artıq həmyerlilərimizin 1/64 final mərhələsindəki rəqibləri məlumdur. Maraqlıdır ki, həm Rəcəbov, həm də Həşimov ilk mərhələdə Misir təmsilçiləri ilə üz-üzə gələcəklər. Reqlamentə əsasən, şahmatçılar bu gün və sabah iki dəfə qarşılaşacaqlar. Qalib idmançı 1/32 finala vəsiqə qazanacaq. Əgər iki partiyada bərabərlik qeydə alınarsa, noyabrın 23-də tay-breyk olacaq. Dünya Kubokuna dekabrın 14-də yekun vurulacaq.
1/64 final
Valaa Sarvat (Misir) - Vüqar Həşimov
Teymur Rəcəbov - Məhəmməd Ezat (Misir)
Şəhriyar Məmmədyarov - Aleksandra Kostenyuk (Rusiya)
Vesli So (Filippin) - Qədir Hüseynov
Rauf Məmmədov - Yançao Çou (Çin)

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0