Elnur Məmmədli yenə çempionatdan kənarda
16.12.2009 - 11:57
Dekabrın 24-də Sumqayıt Paralimpiya Kompleksində cüdo üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda yığmamızın bir neçə əsas üzvü iştirak etməyəcək.
Belə ki, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli, Ramil Qasımov, Ramin Qurbanov və Kifayət Qasımova ölkə çempionatında güləşməyəcəklər. Hazırda adıçəkilən çüdoçular bərpa prosesi keçirlər. Hər 4 idmançı müxtəlif vaxtlarda cərrahiyyə əməliyyatına məruz qalıblar. Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin mübarizəyə qoşulacağı isə sual altındadır. Çempionat dekabrın 26-da yekunlaşacaq.
Qeyd edək ki, Elnur Məmmədli olimpiadadan bəri, yəni son 16 ayda heç bir yarışda qüvvəsini sınamayıb.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0