Bakıda tikiləcək möhtəşəm stadion - FOTO
30.12.2009 - 18:00
Yaxın illərdə Bakıda möhtəşəm futbol stadionu inşa ediləcək. Bu barədə iki gün öncə gənclər və idman naziri Azad Rəhimov məlumat vermişdi. Nazir bildirmişdi ki, Böyükşor qəsəbəsindən Sabunçu dairəsinə doğru istiqamətdə tikiləcək stadion 60 min tamaşaçı tutumuna malik olacaq.
Hazırda həmin ərazidə neft gölməçələri qurudulur, qum tökülür. Rəhimov inşaat işlərinin 2010-cu ildə başlanıb-başlanmayacağını dəqiq söyləyə bilməmişdi. Dəqiq olan yalnız budur ki, tikinti Dövlət Neft Şirkəti tərəfindən həyata keçiriləcək. Tamaşaçıların oyunu rahat izləmələri üçün tribunaların üzərində dam tikiləcək. Stadionun yanında Hovuz Kompleksi də olacaq.
Apasport.az saytı tikintisinin, eləcə də istifadəyə veriləcəyi tarixin hələlik məlum olmadığı stadiondan ilk dəfə görüntüləri təqdim edir. Paytaxtımızdakı dünya standartlarına uyğun möhtəşəm arena belə olacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0