Yığmamız Türkiyəni udub, II pillədə qərarlaşdı - YENİLƏNİB
06.01.2010 - 22:46
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Bursa şəhərində təşkil olunan dünya çempionatında bu gün ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz II turda yerli iti zəka sahibləri ilə üz-üzə gəliblər.
Yığmamızın kapitanı Zurab Azmayparaşvili ilk turda Ermənistana qarşı oyunla müqayisədə, iki dəyişikliyə əl atıb. Belə ki, ehtiyat oyunçuların hər ikisi - Qədir Hüseynov və Nicat Məmmədov bu dəfə mübarizəyə qoşulub. Onlar müvafiq olaraq, Teymur Rəcəbov və Rauf Məmmədovu əvəzləyiblər.
Qeyd edək ki, I turda yığmamız Ermənistana qalib gəlib (2,5:1,5). Türklər isə ABŞ komandasına 1:3 hesabı ilə uduzub.
Azərbaycan - Türkiyə - 3:1
1. Vüqar Həşimov (2759) - Mert Erdoğdu (2513) - 1:0
2. Qədir Hüseynov (2614) - Mustafa Yılmaz (2478) - 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Əmrə Can (2442) - 1:0
4. Nicat Məmmədov (2610) - Burak Firat (2413) - 0,5:0,5
Milli komandamız ikinci görüşünü də qələbə ilə başa vurub. Vüqar Həşimovla Şəhriyar Məmmədyarov rəqiblərini məğlub edib. Qədir Hüseynovla Nicat Məmmədov isə lövhədən yarım xalla ayrılıb. Nəticədə yığmamız 3:1 hesablı qələbəyə sevinib.
Digər görüşlər:
Ermənistan - İsrail - 2,5:1,5
Braziliya - Misir - 2,5:1,5
Yunanıstan - Rusiya - 2,5:1,5
ABŞ - Hindistan - 3:1
İki turdan sonra ABŞ yığması 6 xalla liderdir. Azərbaycan 5,5 xalla ikinci, İsrail isə 4,5 xalla üçüncü yerdədir.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0