Asan qələbə yığmanı III pillədə saxladı - YENİLƏNİB
11.01.2010 - 23:01
Türkiyənin Bursa şəhərində təşkil olunan şahmat üzrə komandalararası dünya çempionatında bu gün VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması autsayder Braziliyanı sınağa çəkib. Komandamızın heyətində ən ciddi dəyişiklik Vüqar Həşimovla bağlı olub. İlk 6 turda birinci taxtada oynamış Vüqar bu dəfə ehtiyatda qalıb. Əvəzində Teymur Rəcəbov ikinci taxtadan birinciyə keçib. Onun yerini isə Qədir Hüseynov tutub. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov isə əvvəlki kimi, müvafiq olaraq 3-cü və 4-cü taxtada mübarizə aparıblar.
Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşmada milli komandamız asan qələbə qazanıb.
VII tur, 11 yanvar
Braziliya - Azərbaycan - 0,5:3,5
1. Covanni Veskovi (2660) - Teymur Rəcəbov (2733) - 0:1
2. Aleksandr Fier (2601) - Qədir Hüseynov (2614) - 0,5:0,5
3. Jilberto Milos (2618) - Şəhriyar Məmmədyarov (2741) - 0:1
4. Andre Diamant (2497) - Rauf Məmmədov (2640) - 0:1
Digər görüşlər:
Rusiya - Ermənistan - 2:2
Misir - Hindistan - 1,5:2,5
İsrail - Türkiyə - 1,5:2,5
Yunanıstan - ABŞ - 1,5:2,5
VI turdan sonra turnir cədvəli:
ABŞ 12 (18), Rusiya 11 (17,5), Azərbaycan 9 (17), Hindistan 9 (15), Ermənistan 8 (15), İsrail 7 (14,5), Yunanıstan 6 (14,5), Misir 3 (10,5), Türkiyə 3 (9,5), Braziliya 2 (9,5).
Komandamız sabah Yunanıstanla qarşılacaq.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0