Türk idmançı başından aldığı zərbədən öldü - FOTO
01.02.2010 - 15:31
Türkiyənin Konya şəhərində keçirilən klublararası kikboksinq turnirinin finalında ölümlə nəticələnən hadisə baş verib. Lent.az-ın “İnternethaber”ə istinadən verdiyi məlumata görə, başından aldığı zərbədən Gökhan Murat Üstelin beyninə qan sızıb.
Yasin Göçlü ilə görüşün ikinci raundunda Üstel zərbədən yerə yıxılıb. Ayağa qalxa bilməyən idmançıya həkimlər tərəfindən dərhal tibbi müdaxilə edilib. Bu zaman təbrikləri qəbul edən Göçlü rəqibinin vəziyyətinin ciddiliyini anladıqda xeyli məyus olub. O, Üstelin başının üstündən ayrılmayıb.
24 yaşlı Gökhan Murat Üstel təcili Konya xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bunu öyrənən kikboksçunun yaxınları isə beyin sarsıntısı keçiriblər. Gökhanın anası deyib ki, oğlunu yarışa buraxmaq istəməyib: “Çıxdığı iki döyüşü də qazandın. Üz-gözün yaradır, bu gün getmə” dedim, amma məni dinləmədi”. 2 saat həkim nəzarətində saxlanılan qadın yaxınlarının yardımı ilə evinə aparılıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0