FİLA prezidenti Azərbaycan yığmasının İrəvana getməməsinin səbəblərini açıqladı
04.02.2010 - 14:10
“Azərbaycan Güləş Federasiyası 96 və 120 kq çəki dərəcələrində iştirakçı olmadığından, Ermənistanda keçiriləcək Dünya Kubokuna qatılmaqdan imtina edib”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Güləş Federasiyaları Assosiasiyanın (FİLA) prezidenti Rafael Martinetti deyib.
Martinetti yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının fevralın 13-14-də Ermənistanda baş tutacaq Dünya Kubokundan kənarda qalmasına görə məyusluğunu gizlətməyib: “FİLA Azərbaycan tərəfinin bu qərarından məyus olub. Eyni zamanda qərarın siyasi səbəblərini yaxşı anlayırıq. 2007-ci ildə Ermənistan yığması Bakıda dünya çempionatında iştirak edəndə, FİLA ümid edirdi ki, yarışın ölkələri birləşdirmək gücünə malik olduğunu Beynəlxalq Olimpiya Komitəsinə göstərəcək”.
FİLA rəhbəri Azərbaycana qarşı tətbiq olunacaq mümkün cəzadan da söz açıb: “Bizim qaydalara əsasən, vəsiqə qazanmış komandaların iştirakı yarışda vacibdir. Bu tələbi yerinə yetirməyənlər cəzalandırıla, hətta dünya çempionatından uzaqlaşdırıla bilər. Növbəti Avropa çempionatının təşkilatçısı olan Azərbaycan bütün ölkələrin iştirakına zəmanət verib. Hər halda, FİLA-nın Hüquq Komissiyası və İcra Bürosu bu məsələni araşdıracaq və müvafiq qərarlar verəcək”.
Mənbə: extratime.az

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0