Vankuverdə Azərbaycan bayrağını idmançı aparmayacaq
12.02.2010 - 13:36
Kanadanın Vankuver şəhərində bu gün keçiriləcək XXI Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib. Bu haqda Lent.az-a hazırda Vankuverdə olan Milli Olimpiya Komitəsinin üzvü, “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, ölkəmizin bayrağını Qış İdman Növləri Federasiyasının baş katibi Fuad Quliyev aparacaq. Olimpiadada çıxış edəcək idmançılarımız Sedrik Nots və Qaya Bassani Antivari və ölkəmizin digər nümayəndə heyəti onun arxasınca tamaşaçılar önündən keçəcəklər.
Qeyd edək ki, açılış mərasimi bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sabah səhər saat 6-da) başlanacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0