Yaponlar yolumuzu kəsdilər
14.02.2010 - 19:29
Yaponlar yolumuzu kəsdilər
Dünya Kubokunun növbəti mərhələsində mübarizə aparan Azərbaycan cüdoçuları 1 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, yığmamıza yeganə medalı Avstriyanın paytaxtı Vyanada Tərlan Kərimov gətirib. 66 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz yarımfinalda məğlubiyyətlə üzləşərək, həlledici görüşə vəsiqə qazana bilməyib. Buna baxmayaraq, Tərlan bürünc medal uğrunda qarşılaşmada braziliyalı Aleks Silvanı üstələyərək, fəxri kürsüyə yüksəlib.

Digər idmançımız Elxan Rəcəbli (81 kq) üçün də hər şey yaxşı başlayıb. O, arcıdıllıla Covanni Alessio (İtaliya), Qerman Velasko (Peru) və Milan Burqesi (Macarıstan) məğlub edib. Lakin Rəcəbli 1/4 finalda Böyük Britaniya təmsilçisi Tom Ridlə bacarmayıb. Təsəlliverici mərhələdə isə yaponiyalı Tomohiro Kavakami Elxanın medal ümidinin üstündən xətt çəkib. Rəcəbli yekunda 7-ci yerlə kifayətlənib.

Yaponiyanın başqa bir cüdoçusu İkumi Tanimoto isə Macarıstanın paytaxtı Budapeştdə həmyerlimizə maneçilik törədib. Belə ki, Ramilə Yusubova (63 kq) qadınların yarışına xorvatiyalı Andreya Dakoviç üzərində qələbə ilə başlasa da, bundan irəli gedə bilməyib. O, 1/8 finalda Tanimotoya uduzaraq, mübarizəni erkən dayandırıb.