Dünya çempionumuz məhkəmə zalından azadlığa buraxıldı
15.02.2010 - 14:49
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə universal döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Cavid Ağalarovun cinayəti işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələr üzərindən götürülüb, təqsirləndirilənlər 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilənlərə şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından sərbəst buraxılıb.
İttihama görə, 2008-ci ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərən disko-barlardan birində istirahət edən S. Dünyamalıyev və C.Ağalarovun tanımadıqları 6 nəfər yerli sakinlə davaları düşüb. Nəticədə həmin şəxslərdən birinə bıçaq zərbəsi ilə xəsarət yetirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.
Xatırladaq ki, “İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0